Əkrəm Əylisli - Azərbaycanın Xalq Yazıçısı, Əməkdar İncəsənət Xadimidir. Ölkəsinin ən ali "İstiqlal" (2002) və Azərbaycan ədəbiyyatına göstərdiyi böyük xidmətlərə görə "Şöhrət" ordeninə layiq görülüb. Ötən əsrin 60-cı illərindən jurnalın dost müəllifləri sırasındadır (bir müddət redaksiya heyətinin üzvü olub). Vaxtı ilə qələmə aldığı "Adamlar və ağaclar" trilogiyası Ümumittifaq şöhrəti qazanıb,...